Xaçmaz Gömrük İdarəsinin "Samur gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E-220 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin sağ və sol ayaqaltı hissəsində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 9200 ədəd "NZ Gold Compact markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.