BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDU BMT-də DONOR və TƏRƏFDAŞ TƏŞKİLATLARIN TƏDBİRİNİ KEÇİRİB
11:31 06-07-2012
SİYASƏT
BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDU BMT-də DONOR və TƏRƏFDAŞ TƏŞKİLATLARIN TƏDBİRİNİ KEÇİRİB
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) iyulun 2-9-da Nyu-York şəhərində, BMT-nin baş qərargahında BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) yüksək səviyyəli toplantısına qatılıb.
Toplantıda BAMF “Dayanıqlı və geniş inkişaf istiqamətində işləyən donor və partnyorların toplantısı” adlı tədbirini keçirib.
BAMF-in informasiya departamentindən verilən məlumata görə, tədbirdə vətəndaş cəmiyyəti və BMT-nin donor icmasını təmsil edən nümayəndələr iştirak ediblər.
BAMF-in sədri Umud Rəhimoğlu (Mirzəyev) kasıbçılıq və aclıq probleminin həlli üçün qlobal strategiyanın müzakirəsinə, dayanıqlı və əsaslı inkişafa dəstək olan donor və tərəfdaşlarla görüşə ehtiyac olduğunu vurğulayıb: “Son dövrdə maliyyə böhranının təsiri altında bəzi inkişaf yönümlü işlərdə dayanıqlığı saxlamaq çətin olub. Donor təşkilatlar fondlarını azaldıb, bəzi donorlar isə müəyyən layihələrin maliyyələşdirilməsini dayandırıb. Ancaq Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilin sonuna kimi dayanıqlı inkişaf aksiyaları maliyyələşdirilməli və dəstəklənməlidir”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Nyu-York ofisinin rəhbəri Udo Canz Azərbaycanda qaçqın və məcburi köçkün məsələsinə toxunub və deyib ki, Dağlıq Qarabağ məsələsi həll edildikdən sonra yeni problemlərin çözülməsinə ehtiyac yaranacaq.
ECOSOC-un QHT-lər bölməsinin rəhbəri Andrey Abramov tədbirdə çıxışı zamanı QHT-lərə, xüsusilə də BAMF-a öz fəaliyyətini genişləndirməyi, dayanıqlı inkişaf istiqamətində dəstəyə ehtiyacı olan ölkələrdə də aksiyalar həyata keçirməyi tövsiyə edib. O qeyd edib ki, kənd təsərrüfatı praktikasının inişaf etdirilməsinin BAMF modeli digər ölkələrdə, məsələn, Mərkəzi Asiya ölkələrində də tətbiq oluna bilər.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Kone Hensman BAMF-in Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən məmnun olduğunu, təşkilatın bu istiqamətdə aparılan işlərin önündə getməsindən təsirləndiyini ifadə edib.
Sonda BAMF-in sədri Umud Rəhimoğlu bildirib ki, BAMF bugünkü nəticələrə əsaslanaraq “2015-ci ilə kimi kasıbçılığın aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu” adlı hesabat hazırlayacaq: “Bu toplantı QHT-lər və Azərbaycan vətəndaş cəmiyyəti üçün uğurlu addım hesab edilməlidir. BAMF Azərbaycandan belə yüksək səviyyəli tədbiri keçirən ilk QHT-dir. Bu gün BAMF-in tərcümeyi-halında yeni bir səhifə açıldı və biz ümid edirik ki, dayanıqlı və əsaslı aksiyalar həyata keçirməklə Azərbaycanda, Asiya və Avropanın qonşu ölkələrində kasıbçılığın aradan qaldırılmasına dəstək olmaq olar”.
BAMF ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür və dəfələrlə BMT-nin yüksək səviyyəli toplantılarında şifahi və yazılı müraciətlərlə çıxış edib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53