Sumqayıt şəhərində digər sahələrlə yanaşı ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Hazırda şəhər ərazisində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması məqsədi ilə xarici şirkətlərlə danışıqlar aparılır.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Avstryanın "MUT GmbH və İsveçrənin "iCsquared GmbH şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı danışıqlar aparılıb.

Sumqayıtda Məişət Tullantıları Poliqonunda olan qonaqların sualları cavablandırılıb, gələcəkdə bu istiqamətdə həyata keçirilə biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.