Bir neçə gündür ki, Azərbaycanda sintetik düyü istehsal edildiyi ilə bağlı məlumatlar yayılır. Mətbuatın və social şəbəkələrin müzakirə mövzusuna çevrilən videoda sintetik düyülərin "Bolluq LTD" şirkətinə məxsus olduğu və paytaxt ərazisində qablaşdırıldığı bildirilir.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, süni düyü bütün dünyada istehsal olunur: "Süni düyünü hazırlayan avadanlıq var. Həmin avadanlığın qiyməti 15-30 min dollar arasındadır. Süni düyü təbii düyüdən onunla fəqlənir ki, o, nişastanın, düyünün qırıntılarının, digər qida üçün təhlükəsiz olan məhsulların birləşməsindən əmələ gəlir. Belə düyülər Azərbaycanda da istehsal olunur və satılır".
E.Hüseynov qeyd edib ki, süni düyülər birmənalı olaraq insan həyatı üçün təhlükəli deyil: "Onların gigiyenik sertifikatı olur. Əlbəttə ki, natural düyüdən fərqlənir. Bu cür düyülərin tərkibinə plasmas qatılması ilə bağlı fikirlər yalnışdır".
E.Hüseynovun sözlərinə görə, istehlakçı tələb edərsə, satıcı süni düyünün sertifikatını təqdim etməlidir: "Əgər mağaza sahibi bu sənəd olmadan düyünü satışa çıxararsa, o, 1500 manata kimi cərimə oluna bilər".