Martın 9-da Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 7 nəfər həyatını itirib. 

Unikal.org DİN-ə istinadən bildirir ki, dünən ümumilikdə 14 yol qəzası baş verib. Nəticədə həlak olanlardan başqa daha 34 nəfər xəsarət alıb.

Bakı-Sumqayıt yolunda mikroavtobusun "ZİL"ə çırpılması nəticəsində 5 nəfər ölüb. Şəmkirdə isə "VAZ 2121" aşıb və nəticədə iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.