Restorana gedənlər menyu ilə bağlı problem yaşayırlar. Menyunun xarici dildə olması müştəriyə çətinlik yaradır. Filoloqlar isə bunu Azərbaycan dilinə hörmətsizlik kimi qəbul edirlər.  
Unikal.org  "Xəzər Xəbər"ə istinadən bildirir ki, tanınmış restoranların əksəriyyətinin təqdim etdiyi menyu xarici dildədir.
Bu isə Azərbaycanlı müştərilərin narazılığına səbəb olur.
Restoran rəhbərləri xidmətin səviyyəsini yüksəltmək üçün bu addımı atırlar. Filoloqlar bunu Azərbaycan dilinə qarşı hörmətsizlik hesab edirlər. Bu kimi halların dilin normalarını pozduğunu düşünürlər.
Turistin Azərbaycana ədət-ənənələrini öyrənmək və tarixi haqqında maraqlanmaq üçün gəldiyini xatırladan filoloq, ölkəsində öyrəşdiyi menyunun onları təəccübləndirməyəcəyini düşünür.
Qanuna görə də menyular Azərbaycan dilində olmalıdır. Ancaq standart olmadığından restoran sahibləri buna məcbur deyil.
Buna baxmayaraq Bakıda qaydalara əməl edən restoranlar da var.
Tövsiyyə olunan menyuda yeməklərin adları və tərkibindən başqa hətta "menyu" sözü belə digər dillərlə yanaşı, Azərbaycan dilində də yazılmalıdır.