Dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp maraqlı yenilik edir.

Unikal.org xəbər verir ki, hazırda SMS-i "öldürən mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır.

Bunun ən məşhur nümunəsi olan "WhatsApp isə inkişafa davam edərək artıq pul qazanmaq niyyətindədir.

Daha əvvəl illik 0,50 AZN kimi bir ödəniş alan "WhatsApp aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi.

Beləliklə, tətbiqdən gələn gəlirlərin qarşısını kəsən "WhatsApp buna məntiqli bir həll üsulu tapıb.

"WhatsApp for Business adlı bir sistem üzərində işləyən komandaşirkətlər üçün xüsusi "WhatsApp sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq.

Yəni, müştəri xidmətlərinə "WhatsApp üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki, şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.

Hazırda,xüsusilə, çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən "WhatsApp ilə əlaqə saxladığınız müştəri xidmətləri beləcə daha əlverişli hala gələcək.

Fərqli bir interfeys və bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən "WhatsApp, sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mail və "Skype kimi servislərin qarşısına keçməyi hədəfləyir.technote.az