Ermənilər cəbhə xəttində yerləşən kəndə mərmi atıb.
Unikal.org apa-ya istinadən xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri Tərtərin Qapanlı kəndini gün ərzində fasilələrlə atəşə tutub. Mərmilərdən biri kənd sakini Müşviq Əsgərovun həyətyanı sahəsinə düşüb. M. Əsgərov APA-nın Qarabağ bürosunun müxbirinə bildirib ki, mərminin qəlpələri darvazaya, və evin dam örtüyünə ziyan vurub. Ermənilərin son 3-4 gün ərzində kəndin hədəfə alması nəticəsində digər tikililərə də ziyan dəyib. Artilleriya silahlarından atılan mərmilərin çoxunun əkin sahələrinə düşüb. Dinc əhali arasında itki qeydə alınmayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün cəbhədə baş verən insident zamanı, Ermənistan Silahlı Qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib. Ermənilərə məxsus hərbi nəqliyyat vasitəsi də sıradan çıxıb.