Millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov növbəti dəfə sözləri "çəp" gəlib.
Unikal.org xəbər verir ki, parlamentin növbəti plenar iclasında "Əmək pensiyaları haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib.

"Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin- deyə, o, irad bildirib.
Bu isə spikerin təpkisinə səbəb olub.
Əsədov "Ay Zahid, heç kimə "uçeniya keçmə! 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et... Heç kim sənə mane olmur - deyə, bildirib.