ATƏT-in Minsk qrupunun həmsədrləri martın 27-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, həmsədrlər həmin gün İrəvana da səfər edəcəklər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) martın 11-də Azərbaycanda rəsmi görüşlər keçirəcək.

Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlər olduğundan Azərbaycan və Ermənistana müxtəlif vaxtlarda səfər edəcəklər.