ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Azərbaycanda səfərdədir.

Bu barədə Unikal.org-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Digər həmsədrlər - Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) isə axşam saatlarında Bakıya gəlməsi gözlənilir.

Həmsədrlər sabah görüşlər keçirəcəklər.