Türkiyə sabahdan yay saatına keçəcək.
Unikal.org xəbər verir ki, artıq bununla bağlı Türkiyə Hökuməti qərar verib.
Müvafiq qərara uyğun olaraq, Türkiyədə yay vaxtına keçid mart ayının 27
saat 3:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.
Buna səbəb kimi, gündüz vaxtlarından daha çox faydalanmağ göstərilib.
Bu arada
Türkiyədə yay vaxtına keçidlə əlaqədar, dövlət qrumlarında da iş
vaxtları dəyişdirilib. Belə ki, mart ayının 28-dən etibarən dövlət
idarələrində iş vaxtı səhər saat 8:00-12:00-dək, nahar fasiləsi isə
12:30:16:00-dək, ümumi son iş vaxtı isə 17:00-dək müəyyənləşdirilib.
Xatırladaq
ki, 17 mart tarixində Azərbaycanda yay vaxtına keçid ləğv edildi.
Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli qərarına əsasən, 27 mart
tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olundu.