Şou-biznesin daha bir cütlüyünün ailəsi dağılıb. Rejissor Fuad Əlişov həyat yoldaşı, aktrisa Sevinc Əlişovadan boşanıb.
Fuad Əlişov ayrılıq xəbərini təsdiqləyib: "Sevinclə ayrılmağımız doğru xəbərdir. Bəli, xoşbəxt ailəmiz var idi, amma indi yoxdur. Qarşılıqlı razılaşma ilə ayrıldıq. Belə məsləhət oldu... Ayrı-ayrı evlərdə yaşasaq da, övladlarımızı birgə tərbiyə edirik. Həm Sevinc, həm də mən bu ayrılığın övladlarımıza mənfi təsir etməməsi üçün əlimizdən gələni edirik".
Xatırladaq ki, cütlük 2007-ci ildə ailə həyatı qurmuşdu. Onların bu evlilikdən üç övladı var.
primetime.az