"Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır.

Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında deyib. O bildirib ki, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır.

Diplomat əlavə edib ki, hər 3 həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür.



Fransalı həmsədri Stefan Viskonti deyib ki, danışıqlar prosesi durğun nöqtədən tərpənib. O bildirib ki, çərşənbə axşamı Azərbaycan prezidenti Parisdə fransalı həmkarı ilə görüşəcək.

Diplomat qeyd edib ki, ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək: "Əlbəttə, bu, asan məsələ deyil. Bildiyiniz kimi, təmas xəttində gərginlik var. Amma tərəflərin irəli getməyə istəyi var. Fikrimcə, bu, çox vacibdir.