Türkiyənin AB-yə üzvlüyü ilə bağlı Yunanıstanda müxtəlif fikirlər olsa da, mən Türkiyənin üzvlüyünü dəstəkləyirəm.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Yunanıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinin keçmiş rəhbəri Yannos Papantoniou çıxış edib.
 
Türkiyənin islahalatları davam etdirməli olduğunu deyən Papantoniou qonşu ölkənin böyüyən super güc olduğunu vurğulayıb:
 
"Son dərəcə parlaq sahibkarlara maliksiniz. Geosiyasi mövqeyinizi də düşünsək, qlobal iqtisadiyyatda uğur qazanmağınız üçün bütün komponentlər var. Türkiyəni böyüyən super güc hesab edirəm".