Şamaxıda torpaq uçqunu olub.
Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, uçqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə Bakı-Şamaxı yolu bağlana bilər. Leysan yağışları uçquna meyilli ərazilərdə sürüşməni aktivləşdirib.
Yolun üst hisəsindən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometrliyində böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb. Ümumilikdə 600 kv-dən çox ərazi sürüşməyə məruz qalıb.
Yolun bağlanmaması üçün yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.