Hollandiya prezidenti Mark Rutte Türkiyənin baş naziri Binəli Yıldırıma zəng edib.
Unikal.org "Hüriyyet"ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Hollandiya prezidenti qarşı tərəfə məyusluğunu çatdırıb. İki liderin gərginləşmiş vəziyyətdən çıxmaq üçün səy göstərməyin vacibliyini vurğuladığı bildirilir.
Qeyd edək ki, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu aparan təyyarənin Hollandiyada enməsinə icazə verməyib. Bu ölkədə mitinqdə iştirak etmək niyyətində olan digər nazir isə deportasiya edilib.