“Aqrolizinq” şefi haqqında ilginc iddia
12:24 08-07-2012
İQTİSADİYYAT
“Aqrolizinq” şefi haqqında ilginc iddia
Əli Bayramov qurumun pullarını “Varovski”də “silir”?
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov haqqında maraqlı məlumat əldə etmişik. Həmin məlumatda bildirilir ki, adıçəkilən səhmdar cəmiyyətin İdarə Heyətinin rəhbəri Bakının Binəqədi rayonunun “Varovski” kimi tanıan Rəsulzadə qəsbəsinin mərkəzində özünə dəbdəbəli mülk inşa etdirib.
“Aqrolizinq” “şef”inin qonşularının bildirdiyinə görə, təxminən, 6 sot ərazidə tikilmiş mülk dörd mərtəbəlidir və kifayət qədər dəbdəbəlidir. Onun sahibinə, təxminən, 3 miloyn manata başa gəldiyi və ən yüksək Avropa komfortu tələblərinə cavab verdiyi qeyd edilir.
Demək olar ki,”Aqrolizinq” rəhbərinin səhmdar cəmiyyətə ayrılan vəsaitin əhəmiyətli hissəsini mənimsədiyinə dair uzun müddətdir KİV-də özünə yer alan iddialarda həqiqət payının yüksək olmasına şübhə yeri qalmır. Xatırladaq ki, Cəmiyyətə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi üçün təkcə 2005-2009-cu illər üzrə "Aqrolizinq" ASC-yə dövlət büdəsindən və digər mənbələrdən 221,26 milyon manat maliyyə vəsaiti ayrılmışdır. Amma həmin vəsaitin təyinatı üzrə xərclənməsi daim şübhə altında olmuş və “Aqrolizinq”də korrupsiya hallarına xəbərlər bu müddətdə KİV-in əsas mövzularından birinə çevrilmişdir.
Hələ bu harasıdır? İki il əvvəl Prezident Administrasiyasının müvafiq şöbəsinin hazırladığı maliyyə hesabatında “Aqrolizinq”də korrupsiya və mənimsəmələrin baş alıb getdiyi açıq şəkildə göstərilib.
İndi isə səhmdar cəmiyyət rəhbərinin Azərbaycan reallığında kifayət qədər yüksək, fantastik məbləğə mülk sahibi olması belə düşünməyə əsas verir ki, “Aqrolizinq”də vəsaitlərin təyinati üzrə xərclənməsini söyləmək üçün sadəlöhv olmaq lazımdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07