Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasına rəsmi səfərə gedib.

Unikal.org xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.(AzərTac)