***12:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə "Credit Agricole SA şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.
Unikal.org xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan ilə "Credit Agricole SA şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edilib.
Bir çox layihələrin artıq icra olunduğu, "Credit Agricole SA şirkətinin "Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə "Credit Agricole SA şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.