"Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər".
Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
"Hətta ola bilsin, Konstitusiyanın tələblərinə uyğun olaraq bununla bağlı ayrıca qanun da qəbul edilə bilər. Yaxud birinci vitse-prezident və ya vitse-prezident barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər.