Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır:"

AzərbaycanXarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir.