Bakı metrosunda intihara cəhd olub.

Unikal.org xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, martın 26-da "Qara Qarayev" metrostansiyasında bir qadın özünü qatarın altına atmaq istəyib.

Qazax rayon sakini, 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib. Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.