Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib.
Unikal.org azvision.az-a istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.
"Status-kvo qəbuledilməzdir, biz müharibə istəmirik", - deyə Sarkisyan vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti mətbuata müsahibəsində ölkəsinin müharibəyə hazır olduğunu bəyan etmişdi: "Müdafiə naziri hər an müharibə əmrini gözləməlidir".
Sarkisyanın bugünkü açıqlamasında "biz müharibə istəmirik" deməsi onun geri addım atmasından xəbər verir.