Azərbaycan və Qazaxıstan arasında 4 sazişin imzalanması gözlənilir.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən Unikal.org-a verilən məlumata görə, sənədlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana bu ilaprelin 2-3-də baş tutacaq rəsmi səfəri zamanı imzalanacaq.
Məlumata görə, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də nadir bitki növlərinin qorunması haqqında saziş imzalanacağı nəzərdə tutulur.
Həmçinin ölkələr arasında daşınan bitkilərin karantinə salınması barədə saziş də hazırlanır.