Rəsmi şəhər statusu olmayan Tiller satışa çıxarılıb.
Unikal.org xəbər verir ki, ABŞ-ın Oreqon ştatında yerləşən tarixi Tiller şəhərinə 3.5 milyon dollar qiymət qoyulub.
Yaxınlıqda yerləşən köhnə məktəb binasına da sahib olmaq istəyən alıcılar əlavə 350 min dollar da ödəməlidirlər.
Hazırda şəhərdə iki nəfər yaşayır. Onlardan biri müəllim, digəri isə yerli kilsənin rahibidir.
Şəhərdə 6 ev, sənayə və ticarət binaları, dükan və yanacaqdoldurma məntəqəsi var.
Təməli 1902-ci ildə qoyulan Tiller şəhərinin ətraf ərazilərində 250 nəfər yaşayır.
Şəhər sakinləri meşə sənayesi ilə məşğul olub. Sonradan meşə sənayesi federal subsiyadalardan məhrum olduğu üçün şəhər boşalıb.