Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin artırılması ilə bağlı qərar verdikdən sonra, gözlənildiyinin əksinə olaraq, dünya bazarlarında neft bahalaşmağa başlayıb.
Unikal.org Bakı vaxtı ilə saat 00:42-yə olan məlumata görə, "Brent markalı neftin may fyuçersinin 1 barreli 52,00 dollara satılır.
Bu göstərici çərşənbə günü səhər alqı-satqı sessiyası başlayan vaxt qeydə alınmış rəqəmdən 1,08 dollar, yaxud 2,12% yüksəkdir.
Lakin ekseprtlərin əksəriyyətinin fikrincə, yaxın saatlarda, yaxud günlərdə neftin qiyməti sürətlə enə bilər.