Xəbər verdiyimiz kimi prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, prezident bu sərəncamı ilə məhbus xanımlarıda sevindirib. Belə ki, prezident 14 məhbus xanımın cəzasının çəkilməmiş hissəsindən azad edib.
Abbasova Validə Ataxan qızı, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 11 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
Əhmədova Ramilə Hicran qızı, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 3 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
Əliyeva Dilarə Sabir qızı, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 8 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
Qafarova Sədaqət Məhəmməd qızı, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 11 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
Qardaşxanova Lətafət Tapdıq qızı, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 27 may tarixli hökmü ilə məhkum edilmişdir.
Layıcova Tanzilə Tacəddin qızı, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 4 mart tarixli hökmü ilə məhkum edilmişdir.
Məmmədova Zeynab Əziz qızı, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 30 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Mustafayeva Arzu Şura qızı, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2015-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
Paşayeva Ziyalə Qəribxan qızı, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2014-cü il 5 may tarixli hökmü ilə məhkum edilmişdir.
Rzayeva Norəstə Firudin qızı, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 22 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Süleymanova Vüsalə Elbrus qızı, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 23 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
Şıxıyeva Nərminə Ağasəf qızı, 1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Hacıyeva Nailə Abduləli qızı, 1958-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2016-cı il 30 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 31 yanvar tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kərimova Tükəzban Əlihüseyn qızı cəzadan azad edilsin.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.