Böyük Britaniyanın baş naziri Devid Kemeron həyat yoldaşı Samanta ilə Lansarote kanar adasına istirahətə yollanıb
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, baş nazir və həyat yoldaşının pivə içərkən çəkilmiş fotoları yayılıb.
Britaniya mətbuatından baş nazir və ailəsini Pasxa tətili zamanı narahat etməmək xahiş olunub. Lakin Kemeron səfərin əvvəlində fotoların çəkilməsinə razılıq verib.
Kemeronun Lansarote adasına istirahətə yollanması ilk dəfə deyil. O, ailəsi ilə 2014-cü ildə də bu adada istirahət edib.
Qeyd edək ki, bir müddət əvvəl Devid Kemeron Çin lideri Si Tszinpini paba dəvət edib və pivə qonaqlığı verib.