Milli Məclisin növbəti plenar iclası başlayıb.
Uunikal.org-un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda baş nazir Artur Rasi-zadə, nazirlər, hökumət rəsmiləri iştirak edirlər.
İclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat daxildir. Hesabatı Azərbaycanın baş naziri Artur Rasi-zadə təqdim edir.
Qeyd edək ki, hesabata əsasən 2002-2015-ci illər müddətində yoxsuluğun səviyyəsi ildən-ilə aşağı düşərək 46,7% göstəricisindən 4,9%-lə ölçülüb. 2016-cı ildə əvvəlki ilə nisbətən ÜDM-in real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi yoxsulluq səviyyəsinə düşən əhalinin sayını 1% artırıb və bu göstərici 5,9% olub.
2017-ci il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1514,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1479,9 min nəfər çalışıb.
2016-cı ildə ölkə rezidentləri tərəfindən 60 393,6 mln. manat və ya əhalinin hər nəfərinə 6266,3 manat dəyərində ÜDM istehsal edilib. Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3,1% azalıb.Azalmanın əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 22,9% azalması olub.
2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 526,6 mln. manat və ya əvvəlki illə müqayisədə 22,2% az vəsait yönəldilib.
2016-cı ildə infrastruktur layihələrinə ümumilikdə 2096,3 mln. manat vəsait, yəni dövlət büdcəsində dövlət əsaslı vəsait qoyulıuşunun 69,9%-i ayrılıb. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 751,4 mln. manatının nəqliyyat layihələrinə yönəldilib. Kommunal infrastruktur layihələrinə 325,4 mln. mant vəsait ayrılıb. Energetika və sənaye layihələrinə 778,7 mln. manat, ekologiya layihələrinə 15,6 mln. manat, kənd təsərrüfatı layihələrinə 98,5 mln. manat ayrılıb.
Sosial yönümlü layihələrə 2016-cı ildə ümumilikdə 303,9 mln. manat vəsait, yəni dövlət əsaslı vəsait qoyuluşunun 10,1%-i nəzərdə tutulub. Qaçqınların və məcmuri köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin maliyyələşdirilməsinə 8,2 mln. manat, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 0,3%-i həcmində vəsait ayrılıb