Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən gündəlik diqqət və qayğını xüsusilə qeyd etmək lazımdır.

Unikal.org-un məlumatına görə, bunu Baş nazir Artur Rəsi-zadə bu gün Milli Məclisin iclasında çıxışı zamanı deyib.

A.Rəsi-zadə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal edilən müasir silahlarla təhciz edilməsi faktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirməsini təmin edir:

"2016-cı ilin aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı. Təcavüskar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab Milli Ordunun yüksək döyüş ruhunu göstərdi. Bu hərbi əməliyyatlar torpaqlarımızın işğaldan azad edilməsinin uzun müddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi.