***13:31
Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.
Unikal.org-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirilib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.