Millət vəkili Fəzail Ağamalı ərzaq məhsullarının qiymətinin qalxmasına reaksiya verib.

Unikal.org-un məlumatına görə, o qeyd edib ki, bu gün bazarlar od tutub yanır: "Ərzaq məhsullarının, xüsusilə də ətin qiyməti qalxır. Bununla bərabər, tikinti materiallarının qiyməti də durmadan artır. Qiymət artımının qarşısını almaq üçün möhtəkirlərə qarşı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaşıl işıq yandırılmalıdır. Bu sahədə olan bürokratiyanı, əngəlləri aradan qaldırmaq üçün olduqca radikal addımların atılmasına ehtiyac var.

Dəm qazından zəhərlənmə məsələsi də Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Deputat Elmira Axundova "Azəriqaz" İstehsalat Birliyini məsələ ilə bağlı tədbirlər görməyə çağırıb. O qeyd edib ki, "Azəriqaz" İB qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin: "Abonentlərin evində bu qurğular məcburi quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq".

E.Axundovanın təklifinə vitse-spiker Valeh Ələsgərov münasibət bildirib: "Dədə-babadan evlərdə odun, kömür yandıranda mütləq baca olmalı idi. Ona görə ki, zəhərli maddələr evdən çıxsın. Zəhərlənmə  halları ona görə baş verir ki, yaşayış evlərində bacalar yoxdur. Əgər kimsə cihaz qoymaq istəyirsə, özü alsın qoysun, "Azəriqaz" İB bunu etməli deyil. Birinci növbədə, əhali evində nəzarət etsin ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox?"