Britaniyada 11 yaşlı uşaq hamilədir.
Unikal.org bildirir ki, o, statistikaya görə, hazırda İngiltərənin ən gənc anasıdır.
Uşaq yaxın günlərdə ana olacaq. Ehtimallara görə, doğulacaq körpənin atası qızdan təxminən 1, 2 yaş böyükdür.
Məsələnin detalları barədə məlumat və şəxslərin adları azyaşlı olduqlarına görə ictimaiyyətə açıqlanmır.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın ən gənc anasının 12 yaşı olub. O 2014-cü ildə uşaq dünyaya gətirib.
Britaniyanın ən gənc atası isə 1998-ci ildə 12 yaşlı Sean Stewart olub.milli.az