Qaxda qadağan olunmuş dini dərnəklərin qarşısı alınıb.
 
Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon Məhkəməsinin qərarı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirilib. Onun dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin (44 nəfəri Qax rayon, 9 nəfəri Zaqatala rayon, 5 nəfəri Bakı şəhər sakini) həmin dini təriqətlə məşğul olması müəyyənləşib. Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd video kaset və 219 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.