Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşından idarə etdiyi "VAZ 21063 markalı avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub-olmaması barədə sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Qanunvericiliyə uyğun olaraq avtomobildə aparılan gömrük yoxlaması zamanı isə gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 13 min 600 ədəd siqaret və 7 ədəd qaz balonu aşkar edilib.

Belə ki, avtomobilin mühərrik yerindən, ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, aksiz markası ilə markalanmayan, qutularının üzərində "Parliament sözü yazılan 11 min ədəd, qutularının üzərində "Marlboro sözü yazılan 2000 ədəd və qutularının üzərində "LD sözü yazılan 600 ədəd siqaret, nəqliyyat vasitəsinin yük yerindən və arxa oturacağın üzərindən gömrük orqanına bəyan edilməyən, qutusunun üzərində "Dupont Freon R 22 yazısı olan 7 ədəd kondisionerlərdə istifadə edilməsi nəzərdə tutulan qaz balonları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.