Azərbaycanda daha bir dəhişətli intihar hadisəsi baş verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhərində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Zahir Rzayev özünü yaşadığı evin həyətində ağacdan iplə asaraq öldürüb. Yaxınları onun meytini səhər saat 8:00 radələrində aşkar ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma)maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.