Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb.

Unikal.org xəbər verir ki, deputat eyni zamanda rayonda yeni obyektlərin inşası prosesi ilə maraqlanıb.

Ə.Amaşov Saatlının Azadkənd kəndində olarkən müxtəlif vaxtlarda ona müraciət etmiş kənd sakinlərinin vəziyyəti ilə də tanış olub, Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb. Deputat əkin sahələrində aparılan işlərin gedişini izləyib.

Ə.Amaşov həmçinin Sarıcalar kəndin inşa edilmiş elektrik yarımstansiyası ilə tanış olub, Mədəniyyət Evinin tikintisi ilə maraqlanıb.