İraqın Süleymaniyə şəhərində fabrikdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb. 

Unikal.org xarii ətbuata istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə cəlb edilən təhlükəsizlik qüvvələri fabrikin ərazisinə heç kimi buraxmırlar. Faktla bağlı araşdırmalara başlanılıb.