Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1978-ci il təvəllüdlü Məmmədova Aynurə Camal qızı yolu keçən zaman sərnişin daşıyan "Mercedes markalı mikroavtobus tərəfindən vurulub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.