Bugün səhər saatlarından başlayaraq Qax rayonunun bir sıradağlıq kəndlərinə qar yağmağa başlayıb.
Unikal.org-un report-a istinadən məlumatına görə, rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.
Kənd sakinlərinin verdiyi məlumata görə mart ayında qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb.
Qeyd edək ki, hazırda qarın yağması davam edir. İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.