Azərbaycanda son çərşənbə günü üzərinə qaynar su tökülən azyalı körpə Novruz bayramı günü dünyasın dəyişib.
Unikal.org-un əldə etdiyi məlumata görə, mart ayının 14-də Şirvan şəhərində 15.05.2015-ci il tarixində dünyaya göz açan Dadaşlı Əsnad Kəramət qızı valideyinlərinin ehtiyatsızlığı ucbatından üzərinə qaynar su tökülərək ağır yanıq xəsarəti alıb.
Elə həmin gün azyaşlı körpə dərhal Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Körpənin səhətində ağırlaşma baş verdiyindən o dərhal mart ayının 18-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq Əsnadın həyatını xilas etmək mümkün olmayıb.
Körpə mart ayının 20-də gecə saat 3 radələrində dünyasın dəyişib.
.