ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, Rusiya ilə münasibətlər bərpa olunub və hazırda iki ölkə regionda problemlərin həlli üzərində işləyir.
Vaşinqton Milli Mətbuat Klubunda çıxış edən M.Çavuşoğlu deyib: "Biz Rusiya ilə fikir ayrılığını aradan götürmüşük. Hazırda münasibətlərimiz bərpa olunub və biz regionda problemlərin həlli istiqamətində çalışırıq. TASS agentliyinin yaydığı xəbərə görə, nazir buna misal olaraq Suriyada və Azərbaycanda vəziyyəti misal gətirib. O əlavə edib ki, Türkiyə Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.