Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində "VAZ-21099" markalı, "17-BC-902" dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Əliyev Elmar Çingiz oğlu idarəetməni itirərək yoldan kənara çıxıb.
Nəticədə sürücü ağır xəsarətlər alıb, avtomobil isə yararsız hala düşüb.
Xaçmaz MRX-nın Travmatologiya şöbəsindən verilən məlumata görə, xəstəyə qarının əzilməsi, sol dirsək oynağının qəlpəli yerini dəyişmiş sınığı, son bazunun orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol qasıq oturaq sümüyünün yerini dəyişmiş qapalı sınığı diaqnozu qoyulub.
Xəstənin vəziyyəti ağır olduğundan paytaxtdakı müalicə müəssisələrindən birinə yola salınacağı bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.
![](https://report.az/storage/news/6392f33ef70ba606a32781f46f3d6d0c/75f5fb69-9b60-4a09-9992-aa037cf3bdc7_640.jpg?1490193347348)
![](https://report.az/storage/news/6392f33ef70ba606a32781f46f3d6d0c/f8d41155-b0f0-4002-b708-5e307d2c4e0a_640.jpg?1490193340205)
![](https://report.az/storage/news/6392f33ef70ba606a32781f46f3d6d0c/8d915f4e-3743-49aa-a52b-820143031176_640.jpg?1490193332831)
![](https://report.az/storage/news/6392f33ef70ba606a32781f46f3d6d0c/5304a05f-7b0f-4470-8b8c-898325215146_640.jpg?1490193324422)
![](https://report.az/storage/news/6392f33ef70ba606a32781f46f3d6d0c/42b3b463-0ffb-49de-8d53-eda49a4dbbd7_640.jpg?1490193262637)
![](https://report.az/storage/news/6392f33ef70ba606a32781f46f3d6d0c/fcbbb269-3a4c-4512-bd2f-24e63714f95c_640.jpg)