On il əvvəl qətlə yetirilən jurnalist Hrant Dinkin ölümü ilə bağlı yenilik var.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, jurnalistin ölümündən sonra aparılan araşdırma çərçivəsində İstanbul məhkəməsi Fətullah Gülən barədə həbs qərarı çıxarıb.
Məlumata görə, Gülənlə yanaşı, keçmiş prokuror Zəkəriyyə Öz, jurnalistlər Faruk Mərcan, Əkrəm Dumanlı, Adəm Yavuz Arslan və vəkil Xəlil İbrahim Ər haqqında saxlama qərarı çıxarıb.