Rusiya hüquq-mühafizə orqanları Bakıda doğulan ermənini İnterpol xətti ilə axtarışa verib.
Unikal.org xəbər verir ki, APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1979-cu ildə Bakı şəhərində doğulan Arsen Arzumanyan rüşvətxorluqda təqsirləndirilir.
Rusiya hüquq-mühafizə orqanları A.Arzumanyan barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İntrerpola müraciət ünvanlayıb.