Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının dövlət başçısı Md. Əbdül Həmidə təbrik məktubu göndərib.

Unikal.org-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"