"Ukraynada bir sıra partiyalar birləşə bilər".

Bu sözləri öz Facebook səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşavili söyləyib. O özünün Rux Partiyasının Xvilya, Demokratik Alyans və İradə partiyaları ilə birləşmə ehtimalının olduğunu bildirib:

"Ukraynada növbədənkənar seçkilər 2017-də ola bilər. Məncə, ölkədəki hadisələr o qədər sürətlə inkişaf edəcək ki, hər şey builki seçkilərlə başa çatacaq".