Xəbər verdiyimiz kimi Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı hərbçilərin və ailə üzvlərinin arşısında çıxış edib. O, çıxışında Azərbaycanı "İsgəndər raketi ilə hədələyib.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın pilotsuz uçan aparatları bu gün Belarusiya və Rusiyada kənd təsərüfatı nazirliyinin xətti ilə meşələrə və yollara nəzarət üçün istifadə olunur: "Görünür Sarkisyan ağlını itirib və bu cür bəyanatlar səsləndirir. O, daxildə olan narazılıqları yatırmaq üçün belə fikirlər səsləndirir. Apreldə onun üçün həyati əhəmiyyət kəsb edən parlament seçkiləri keçiriləcək. Vaxtilə onun komandasında təmsil olunan iki xarici işlər naziri və keçmiş müdafiə naziri Sarkisyandan narazı olduqları üçün onu hakimiyyət dəyişikliyinə səsləyirlər. Bu da küçə adamı səviyyəsində hərbi formasını geyinib öz hərbçilərinə fəxri fərmanlar verdi və orada Azərbaycanı hədələdi. Qeyd etdi ki, Azərbaycanı izləyirlər. Bu bədbəxt bizi nə ilə izləyir? O anlamır ki, kosmosda Azərbaycan peykidir. Azərbaycan İsrail istehsalı olan pilotsuz uçan aparatlardan istiafadə edir. Ermənistanın pilotsuz uçan aparatları bu gün Belarusiya və Rusiyada kənd təsərüfatı nazirliyinin xətti ilə meşələrə və yollara nəzarət üçün istifadə olunur.
Həsən Babayev