Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında K.Əlicanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti prosesi aprelin 3-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulun ayında Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 39 yaşlı K.Əlicanov qardaşı Qılman Əlicanovu aralarında yaranmış münaqişə zəmnində bıçaqlayıb.
Xəstəxanaya çatdırılan Q.Əlicanovun həyatını xilas etmək mümkün olub.
Daha sonra K.Əlicanov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.